"Moskva razılaşması Azərbaycanın maraqlarına ziddir", "Müharibə bitməmiş əsirlər dəyişdirilməz" - Elxan Şahinoğlu

11 oktyabr, 2020 00:33

"Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb"

Azsiyasət.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən gecə Moskvada 10 saatlıq müzakirələrdən sonra imzaladığı razılaşmanı şərh edib.

Xatırladaq ki, imza atılan birgə bəyanat 4 bənddən ibarətdir:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Elxan Şahinoğlu deyir ki, birinci bənd istisna olmaqla digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında bizim maraqlara ziddir.

Politoloq bildirib ki, birinci bəndin özündə dəəsirlərin dəəyişdirilməsiylə bağlı fikir qüsurludur: "Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz".

E.Şahinoğlunun sözlərinə görə, bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır: 

"Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişilməzliyini” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi?"

Politoloq vurğulayıb ki, bu bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz. Ona görə irəli getmək lazımdır.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"