Trampa cinayət işi açıla bilərmi?

10 avqust, 2022 00:34

ABŞ mediası Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş Prezident Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında aparılan axtarışla bağlı yeni məlumatlar yayıb.

Trampın özünün bildirdiyinə görə, FTB əməkdaşları onun şəxsi seyfini açıblar. Keçmiş Prezident axtarış vaxtı Nyu Yorkda olub.

FTB, hələlik informasiyanı şərh etməyib. Ancaq ABŞ mediası mənbələrə istinadla yazır ki, qurum əməkdaşları keçmiş Prezidentin Ağ Evi tərk edərkən özüylə götürdüyü xidməti, o cümlədən gizli sənədləri axtarıblar. Qanunla bu sənədlər dövlət mülkiyyətidir. ABŞ-ın Milli Arxivi uzun müddət sənədləri geri tələb edib. Onların bir hissəsi qaytarılıb. Bir neçə ay öncə Milli Arxiv Baş Prokurorluğa müraciət edərək Trampı sənədləri verməkdən imtina etməkdə suçlayıb.

“New York Times” yazır ki, FTB axtarış orderi əldə etməkdən ötrü hakimi əmin edib ki, potensial cinayət hərəkətlərini araşdırdığına inanmaq üçün əsasları var. Ekspertlərin fikrincə, keçmiş Prezidentin əlində əsaslandırılmamış şəkildə gizli sənədlərin olması üzə çıxardısa, bunu cinayət hərəkəti kimi təsnif etmək olar. Nəticədə Trampın ciddi-cəhdlə hazırlaşdığı 2024-cü il prezident seçkilərində iştirakı əngəllənəcək.

Keçmiş Prezidentlə bağlı təkcə sənədlərlə əlaqədar araşdırma aparılmır. Son vaxtlar yayılan məlumata görə, Baş Prokurorluq Trampın 2020-ci ildə prezident seçkisinin nəticələrinin təsdiqlənməsi proseduruna təsir göstərmək cəhdlərinin istintaqını genişləndirib. Tramp seçkidə məğlubiyyətini qəbul etmirdi.

Donald Tramp FTB-nin hərəkətlərini kəskin tənqid edib: “ABŞ-ın keçmiş Prezidentləri ilə belə şey baş verməyib. Müvafiq dövlət xidmətləri ilə əməkdaşlığımıza baxmayaraq, evimdə belə bir reydin keçirilməsi gərəksiz, yaxud yersiz idi”.

Nümayəndələr Palatasında respublikaçı azlığın başçısı Kevin Makkarti xəbərdarlıq edib ki, bu ilin noyabrında Konqresə seçkilərdə respublikaçılar çoxluğu qazanarsa, prokurorluğun keçmiş Prezidentə münasibətdə hərəkətləri təhqiqat obyekti olacaq.

Media xatırladır ki, Tramp prezident postunda olanda Mar-a-Laqo iqamətgahında xeyli vaxt keçirib. İqamətgahın bir hissəsi qolf klubu kimi istifadə olunur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"