Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?

10 avqust, 2022 19:07

Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, Türkiyə və Ukrayna “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib, sənədlər ratifikasiya üçün parlamentə göndərilib. Səfirin sözlərinə görə, Ukraynada “Bayraktar” zavodunun inşa edilməsi üçün torpaq sahəsini alınıb, habelə zavodun smeta layihəsi də hazırlanıb.

Ukraynalı diplomatın açıqlamasına Kreml dərhal reaksiya verib. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmirti Peskov cavabında qəti şəkildə vurğulayıb ki, Türkiyə belə bir addım atarsa, Rusiya həmin zavoda zərbə vuracaq.

“Ukraynada “Bayraktar” Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək. Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov çıxışında qeyd edib.

“Bayraktar” qalmaqalına Türkiyənin münasibəti necədir?

Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş ölkəsinin Ukryanada “Bayraktar” zavodu tikməyəcəyini bəyan edib:

“Hazırda Türkiyə hansısa ölkə ilə ortaq “Bayraktar” istehsal etmək niyyətində deyil. Bu gün Rusiya və Ukrayna arasında müharibə davam edir. Ona görə də iki münaqişəli ölkəyə Türkiyə tərəfindən yardım olunmur. Çünki Türkiyənin bu addımı ölkələr arasında münaqişənin daha da artmasına səbəb ola bilər. Amma daha əvvəl Ukraynaya verilmiş “Bayraktar”lar hələ də müharibədə istifadə edilir. Bu vəziyyətdə ya Rusiya, ya da Ukrayna istəsə Türkiyə heç nə verməz. Bu gün Türkiyənin həyata keçirmək istədiyi siyasət barışdır, Ankara iki ölkədən birinə silah verib, nifaq salmaq istəmir”.

Türkiyəli general Ukraynanın Ankaradakı səfirinin “Bayraktar”la bağlı açıqlamasına da aydınlıq gətirib:

“Ukraynanın Türkiyədəki səfiri bəzən məsuliyyətindən kənarda olan bəzi fikirləri səsləndirir. Amma Türkiyə diqqətli hərəkət edir. Biz sadəcə istəyirik ki, ölkələr arasında sülh olsun. Türkiyənin “Bayraktar”la bağlı siyasəti hər kəsə bəllidir. Ona görə də Türkiyənin müharibə edən tərəflərə silah vermək niyyəti yoxdur”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"