Beynəlxalq Qızıl Xaç Komitəsi açıqlama yaydı

11 oktyabr, 2020 12:36

“Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) gərginləşən Dağlıq Qarabağ münaqişəsi üzrə humanitar atəşkəslə bağlı razılıq əldə olunmasını təqdir edir və neytral vasitəçi qismində, hərbi əməliyyatlar zamanı həlak olmuş şəxslərin cənazələrinin qaytarılması və saxlanılan şəxslərin eyni zamanda azad edilməsi proseslərini təşkil etməyə hazırdır”.

Azsiyasət.com xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin açıqlamasında bildirilir.

“BQXK-nın dünyada baş verən münaqişələrdə uzun müddətə dayanan neytral vasitəçilik tarixi var və biz ümid edirik ki, bu proses də qısa müddət ərzində həyata keçirilə bilər və əməliyyatlar zamanı həlak olan şəxslərin cənazələri onların ailələrinə verilərək layiqli şəkildə dəfn edilər”, - deyə BQXK-nın Cenevrədə Avrasiya üzrə Regional Direktoru Martin Şüepp məlumat verib.

“Biz həmçinin, saxlanılan şəxslərin ailələrinə qovuşması üçün azad edilərək münaqişə tərəflərinə geri qaytarılması əməliyyatında yardımçı olmağa hazırıq. Sentyabr ayının sonlarında münaqişə alovlandığı zaman BQXK, humanitar ehtiyacları qarşılamaq və tərəflər arasında neytral vasitəçi qismində çıxış etmək üçün öz xidmətlərini təklif edib. BQXK siyasi danışıqlara qatılmır.  

Silahlı münaqişələri tənzimləyən beynəlxalq humanitar hüquqa əsasən, münaqişə tərəfləri hansı tərəfdə vuruşmasından asılı olmayaraq, bütün həlak olanları toplamaq və cənazələrini təxliyyə etmək öhdəliyi daşıyır. BQXK tərəflərə həlak olanların beynəlxalq humanitar hüquqa uyğun olaraq kimliyinin müəyyən edilməsi ilə bağlı texniki tövsiyyələr verməyə, sonra isə cənazələrin qaytarılması prosesinə dəstək verməyə hazırdır.

Biz tərəflərə müraciət edərək saxlanılan şəxslərin və həlak olanların qaytarılması, eləcə də təşkilati məsələlər və cəlb olunacaq əməkdaşlarımız üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla BQXK-nın prosesə nə dərəcədə cəlb olacağını müzakirə etməyə hazır olduğumuzu bildirmişik”, - deyə Şüep bildirib.

“Ümid edirik ki, bu razılaşma həftələr sürən ağır döyüşlərdən sonra ailələrin rahatlıq tapmasına səbəb olacaq.

2016-cı ilin aprelində bu münəqişə təmas xətti boyunca alovlandığı zaman da BQXK tərəflərə oxşar əməliyyatların həyata keçirilməsində dəstək göstərmişdi. Həmin vaxt əlaqələndirmənin yaxşı təşkil edilməsi üçün birgə göstərilən səylər nəticəsində bütün həlak olan şəxslərin cənazələri ailələrinə verilib və bununla da, 1992-ci ildə münaqişənin başladığı tarixdən bu yana 4500-dən çox insanı əhatə edən itkin düşmüş şəxslər siyahısına yeni adların əlavə olunmamasına nail olunub. BQXK Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri bu tipli əməliyyatlarda hakimiyyət orqanlarına dəfələrlə yardım edib”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI