Rusiya və BMT Zaporojye AES-i müzakirə etdi

16 avqust, 2022 03:50

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, onlar Ukraynada Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını müzakirə ediblər.

Danışıq zamanı həmçinin BMT-nin Rusiya ərzaq məhsulları və gübrələrinin ixracını asanlaşdırmaq təşəbbüsləri müzakirə edilib.