Rusiya Ukraynada nüvə silahı tətbiq edəcək?

16 avqust, 2022 13:12

Qarşıya qoyulmuş hədəflər çatmaq üçün hərbi baxımdan Ukraynada nüvə silahını tətbiq etməyə ehtiyac yoxdur.

TASS xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

O, Rusiyanın nüvə yaxud kimyəvi silah tətbiq edəcəyi barədə yayılan xəbərləri təxribat adlandırıb.

Sergey Şoyqu Ukraynada qənimət kimi ələ keçirilən Qərb istehsalı olan silahları öyrəndiklərini də əlavə edib.