Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq

17 avqust, 2022 02:00

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı Ukraynaya səfər edəcək.

Bu barədə Quterreşin sözçüsü məlumat yayıb.

Bildirilib ki, BMT rəhbəri Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumata görə, Quterreş Ukraynanın Qara dəniz sahilindəki Odessa limanına səfər edəcək.