Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?

18 avqust, 2022 00:53

Qazaxıstan yeni tədris ilindən birinci sinif şagirdlərinə rus və ingilis dillərinin tədrisini ləğv edib.

Bu barədə Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov məlumat verib.

Aymaqambetov sentyabrın 1-dən məktəbliləri gözləyən bir sıra yenilikləri açıqlayıb.

Onun sözlərinə görə, xüsusi araşdırmaların nəticələri göstərib ki, birinci sinif şagirdləri üçün eyni vaxtda üç dili öyrənmək çətindir. Ona görə də dövlət dilində təhsil alan məktəblərdə dərslərin yalnız qazax dilində aparılması, rusdilli məktəblərdə isə qazax və rus dillərinin tədrisi qərara alınıb.

Üçüncü sinifdən ingilis dilinin öyrənilməsinə başlanılacaq.