Pakistandan Hindistana çağırış - "Kəşmir probleminin həlli..."

20 avqust, 2022 12:53

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanla dialoq yolu ilə davamlı sülh istədiklərini və müharibənin hər iki ölkə üçün doğru seçim olmadığını bildirib.

Baş nazir qeyd edib ki, Cənubi Asiyada uzunmüddətli sülh Cammu Kəşmir probleminin Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və Kəşmir xalqının istəkləri əsasında həllinə bağlıdır.

Eyni zamanda, Çin-Pakistan münasibətlərinə toxunan Şərif Pekinin İslamabadın xarici siyasətinin təməl daşlarından biri olduğunu və Çin-Pakistan İqtisadi Dəhlizi ilə əlaqələrin yeni ölçü qazandığını qeyd edib.