Robert Köçəryan Ermənistanı niyə tərk edib?

22 avqust, 2022 14:44

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkəni tərk edib.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

Onun ölkədən çıxmasına məhkəmənin icazə verdiyi qeyd olunub. Onun hara getdiyi açıqlanmayıb. Amma bu ölkənin Rusiya olmadığı vurğulanıb.

R.Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq.