"Qarabağın müstəqilliyini tanısaq, böyük müharibə olacaq" - Erməni deputat
23 avqust, 2022 10:54
“Bu gün müxalifət bizdən “Artsax”ın müstəqilliyini tanımağı tələb edir. Bu isə planlarımıza ziddir”.
Bu sözləri hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat Ovik Ağazaryan deyib.
“Çünki bu gün “Artsax”ı tanımaq bizim sülh yaratmaq və qonşularımızla münasibətləri yaxşılaşdırmaq planımıza qarşı çıxmaq demək olardı. “Artsax”ın müstəqilliyini tanımaq Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək deməkdir. Yəni bu, Azərbaycana müharibə elan etmək deməkdir, sonra isə buna nə KTMT nə, ruslar, nə də türklər qarışmayacaq, nəticədə böyük müharibə olacaq”.