Paşinyan hökumətin iclasını çağırdı - Azərbaycan müzakirə olunacaq
23 avqust, 2022 13:48
Ermənistan hökumətinin növbəti iclası avqustun 24-də keçiriləcək.
Bu barədə “Armenpress” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, iclas baş nazir Nikol Paşinyanın sədrliyilə keçiriləcək.
İclasda Ermənistan-Azərbaycan münasibətlərinə dair son hadisələrə də toxunulacağı gözlənilir.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yaxın günlərdə "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.