"Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır" - İlham Əliyev
24 avqust, 2022 12:06
"Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır”.
Bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubda qeyd edib.
“Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik”, - dövlət başçısı bildirib.