Ramiz Mehdiyevin cinayətkar dəstəsinin üzvü məhkəmə qarşısında...

26 avqust, 2022 20:53

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) rəhbəri Rasim Məmmədovun məhkəməsinə hazırlıq iclasında anket məlumatlarının dəqiqləşdirilməsi məsələsinə baxılıb.

Rasim Məmmədov mənimsəmədə ittiham olunur. Səhər saat 11-də başlayan hazırlıq iclasına gəlmiş müttəhimin qohumları, jurnalistlər və özlərini Rasim Məmmədovun vəkilləri kimi təqdim edən xaricilər qapı arxasında qalıb. Hakim hazırlıq iclasını açıq elan edəndən sonra Rasim Məmmədovun müdafiəsinə yeni qoşulmuş vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova orderlərini təqdim ediblər. 

Vəkillər məhkəməyə bir neçə vəsatət veriblər. Vəsatətlərdən biri Rasim Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı olub. Vəkil Elçin Sadıqov vəsatəti belə əsaslandırıb:

“Təqsirləndirilən şəxsin üç övladı var, biri azyaşlıdır. Səhhətində problemlər var. 19 ay həbsdə saxlanması əsaslardan biridir ki, ev dustaqlığına buraxılsın. 19 ay istintaqı uzadıblarsa, deməli, sübut tapa bilməyiblər. Müdafiə etdiyim şəxs ev dustaqlığına buraxılacağı halda, kiməsə təsir göstərmək imkanı yoxdur, əsaslardan biri də odur ki, konkret yaşayış ünvanı var”.

Digər vəkil Zibeydə Sadıqova vəsatəti müdafiə edib: “Həbs-qətimkan tədbirinin uzadılması üçün əsaslar olmalıdır. 19 ay həbsdə olub, o müddətdə cəmi üç dəfə dindirilib. Məhkəməyə isə 13 cildlik ittiham göndərilib”.

İkinci vəsatətsə işə yeni qoşulduqları üçün cinayət işi materiallarıyla tanış olmağa möhlət verilməsiylə bağlı olub. Vəkillər buna görə iki həftə vaxt istəyib. 

Elə Rasim Məmmədov özü də ittiham aktıyla tanış olmaq istədiyini dilə gətirib: “19 aydır həbsdəyəm. Müstəntiqi üst-üstə 3-4 dəfə görmüşəm. İttiham aktını ümumiyyətlə görməmişəm, mənə verilməyib, heç bilmirəm orda nə yazılıb”.

Üçüncü vəsatət müttəhimin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturdulması, məhkəmə iclaslarının audio və videoyazıyla aparılması, müttəhimin məhkəməsinə gələn şəxslərin və jurnalsitlərin iclasda iştirakının təmin olunmasıyla bağlı olub.

Dövlət ittihamçısı Orxan Səmədov həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac olmadığını deyib və vəsatətin təmin olunmamasını istəyib. Hazırlıq iclasının təxirə salınmasına isə etiraz etməyib. Müşavirədən qayıdan hakim həbs-qətimkan tədbiriylə bağlı vəsatətin təmin olunmadığını, məhkəmə iclaslarının açıq keçirildiyini, hazırlıq iclasının davamının sentyabrın 2-nə təyin edildiyini bildirdi. Digər vəsatətlərsə baxılmamış saxlanılıb.

Qeyd edək ki, işdə əmlakları üzərinə həbs qoyulmuş şahidlər var, həmin şahidlərin hüquqlarını vəkil Bəxtiyar Hacıyev müdafiə edəcək. 46 yaşlı Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilir. O, 2021-ci il yanvarın 31-də DTX tərəfindən saxlanılıb, fevralın əvvəlində barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda məhkəməyə DTX-nın istintaq təcridxanasından gətirilir.

Rasim Məmmədovun adı zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gəlib. Ən böyük qalmaqallardan biri də Zülfüqarlı qardaşları ilə onun arasında baş verib. Nurəddin Zülfüqarlı və qardaşları bildirirdilər ki, öz zəhmətləri hesabına inkişaf etdirdikləri zavod onların əlindən zorla alınıb. Bununla əlaqədar uzun müddət tərəflər arasında məhkəmə çəkişmələri gedib. Zülfüqarlı qardaşları üzə çıxarmışdı ki, onlardan alınandan sonra zavod Lerik sakini Gəray Məmmədovun adına keçirilib.

“Baku Steel Company” MMC monopoliyada da ittiham olunurdu. Zavod rəhbərliyini monopoliyada ittiham edənlərdən biri də keçmiş deputat Nazim Bəydəmirli idi. N.Bəydəmirli bildirdi ki, rəsmi qaydada R.Məmmədovdan şikayətçi olacaq, bu haqda istintaqa ərizə verəcək: “O, 9 il əvvəl tutulmalı idi. Minlərlə ailəni çörəksiz qoyduğuna, 20-dən çox müəssisəni zəbt etdiyinə görə. Mən vəkillə məsləhətləşib, zərərçəkmiş qismində tanınmaq üçün müraciət edəcəyəm”.

Media isə uzun illərdir ki, Rasim Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “qara kassası” kimi təqdim edir. (müsavatcom)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"