Ordumuz Laçına girdi, Asryan isə Gerasimovla görüşdü - Nələr müzakirə olunub?

27 avqust, 2022 00:13

Ermənistan ordusunun Baş Qərargah rəisi Eduard Asryan rusiyalı həmkarı Valeri Gerasimovla görüşüb.

Bu barədə Ermənistan MN məlumat yayıb.

Görüş E.Asryanın Rusiyaya səfəri çərçivəsində baş tutub. Asryan görüşdə Qarabağdakı son proseslər və Azərbaycanla sərhəddəki vəziyyət barədə məlumat verib.

Tərəflər Rusiya-Ermənistan hərbi əməkdaşlığını müzakirə ediblər, eyni zamanda Ermənistan silahlı qüvvələrində islahatlar və modernləşmə haqda fikir mübadiləsi aparıblar.