"Qızımı buna görə öldürdülər" - Duqin
28 avqust, 2022 14:35
Darya Duqina rus və pravoslav ideyasının qurbanı oldu.
Bunu rusiyalı ictimai xadim Aleksandr Duqin “Birinci kanal”ın efirində deyib.
“Darya Duqinanı niyə görə öldürdülər” sualına Duqin belə cavab verib:
“Rus, pravoslav, xalqımızın, dövlətimizin müdafiəsi ideyasına görə öldürüldü”.
Qeyd edək ki, avqustun 20-də Duqinin qızı Darya Duqinanın avtomobili Moskva vilayətində Bolşoye Vyazemi kəndi yaxınlığında partladılıb və terakt nəticəsində o, həlak olub.