Avropa ölkələri Rusiya vətəndaşlarına viza verəcəkmi?

29 avqust, 2022 10:31

Ruslara Şengen vizalarının verilməsinə tam qadağa Avropa İttifaqı (Aİ) tərəfindən yekdil dəstək almayacaq.

Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avstriyanın ORF radiosuna müsahibəsində deyib.

"Mənim fikrimcə, hər hansı səbəbdən bütün ruslara tam qadağa qoyulması yaxşı fikir deyil. Mən Rusiyanın mülki əhalisi ilə münasibətlərin kəsilməsinin məsələyə kömək edəcəyini düşünmürəm. Bundansa, daha balanslaşdırılmış qərar alınacağına ümid edirəm",- deyə Borrel Avropa ölkələrinin Rusiya vətəndaşlarına viza verməməsi barədə təkliflərə cavabında deyib.