"Azərbaycana nə lazım idisə etdik, etməyə də davam edirik" - Türkiyənin Müdafiə naziri
12 oktyabr, 2020 14:14
“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”.
Azsiyasət.com DHA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır.
Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə acımasız şəkildə dinc əhalini qətl etməyə davam etdilər”, - nazir bildirib.