Mişel Əliyev və Paşinyanla danışıb - Nələr müzakirə olunub?

30 avqust, 2022 15:12

Avqustun 30-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri  İlham Əliyev və Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Mişel özünün Tvitter mikrobloqunda yazıb.

Avropa Şurasının rəhbəri qeyd edib ki, avqustun 31-də Brüsseldə Əliyev və Paşinyanla keçiriləcək dördüncü görüş ərəfəsində Azərbaycan və Ermənistan liderlərilə “ilkin danışıqlar” aparıb.