SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov vəfat etdi

31 avqust, 2022 00:42

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov dünyasını dəyişib.

Rusiya mediası xəbər verir ki, bu barədə siyasətçinin müalicə olunduğu Mərkəzi Klinik Xəstəxana məlumat yayıb. 

“Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib”, – Mərkəzi Klinik Xəstəxanadan bildiriblər.

Qeyd edək ki, SSRİ-nin eks-prezidentinin bu il 91 yaşı tamam olub. Mixail Qorbaçov Bakıda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı olub.