"Mişelin bəyanatında heç "Qarabağ" sözü də yoxdur" - Erməni deputat

02 sentyabr, 2022 00:22

"Şarl Mişelin bəyanatında Qarabağla bağlı bir kəlmə də yoxdur, hətta “Qarabağ” sözü də işlənilmir”.

Bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan özünün "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Mişelin əvvəlki bəyanatlarında "Dağlıq Qarabağ" olmasa da, "Qarabağ" sözü var idi, ancaq son bəyanatda bu da yoxdur.

“Əvvə Mişelin “Qarabağın erməni əhalisi” dediyini, onların hüquqları və təhlükəsizlik təminatlarından danışması barədə mübahisə edirdiksə, indi heç bu da yoxdur”, - Tevanyan bildirib.