Ərdoğan Balkan ölkələrinə niyə səfər edir?

02 sentyabr, 2022 21:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti həftə Balkan regionu ölkələrinə səfər edəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Belqradda “Açıq Balkan” təşəbbüsü konfransında çıxışı zamanı deyib.

“Bosniya və Herseqovinada mövcud vəziyyət gündəmimizdə olacaq. Biz Balkanların mərkəzində yeni konfliktə yol verə bilmərik”, - deyə XİN rəhbəri bildirib.