Rusiya "Şimal axını" ilə qaz nəqlini tamamilə dayandırdı

03 sentyabr, 2022 00:25

“Qazprom” “Şimal axını” boru kəmərinin fəaliyyət göstərən sonuncu qaz nasos qurğusunda aparılan işlər zamanı zədə aşkarlayıb və qaz kəməri ilə nəqli tamamilə dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə holdinqin bəyanatında bildirilib.

Qeyd olunub ki, avadanlığın istismarı ilə bağlı problemlər aradan qaldırılana qədər, “Şimal axını” qaz kəmərilə qaz nəqli tamamilə dayandırılıb.