Səfirlər İrəvanda LGBT üçün ofis açdı

03 sentyabr, 2022 13:11

İsveç, Böyük Britaniya və Niderlandın İrəvandakı səfirləri LGBT üzvlərinə hüquqi dəstək verən “Storona Prava” hüquq müdafiə təşkilatı ofisinin açılışında iştirak ediblər.

Bu barədə İsveçin Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, artıq LGBTQ+ icmasının nümayəndələri, onların ailə üzvləri və onlara dəstək olanlar ofisdə hüquqi və psixoloji dəstək ala biləcəklər.

Qeyd edək ki, Ermənistanda 2003-cü ildən eynicinslilərin təmasları qanuni olsa da, nikahlar və digər növ birliklər qanunla qadağandır.