Təbriz Universitetində ermənişünaslıq kafedrası açılır

03 sentyabr, 2022 16:04

Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacaq.

Bu sözləri İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovannisyan deyib.

O bildirib ki, bu qərar Təbriz Universitetinin rektoru Səfər Nəsrullazadə ilə görüşündə verilib.

Onun sözlərinə görə, İDU-nun iranşünaslıq kafedrasında da Azərbaycan Atropatena Mərkəzinin yaradılmasına hazırdırlar.

Qeyd edək ki, qubernator Abidin Xürrəmin başçılığı ilə Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti İrəvanda səfərdədir.