Rusiyanın imperiya olduğunu etiraf edən Medvedevin Qərbə mesajları - "Ölümlə şahmat oynamayın..."

04 sentyabr, 2022 00:11

Təhlükəsizlik Şurasının katibi Rusiyanın imperiya olduğunu etiraf etdi. 

Ukraynada işğalçı müharibə başlayan ilk günlərdən özündən razı bəyanatlar verən Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurası(TŞ) katibinin müavini Dmitri Medvedev zaman keçdikcə, aqressivləşir və tez-tez nəinki Qərbi, hətta bütün dünyanı məhv etməklə hədələyir.

Dmitri Medvedev öz sosial şəbəkə səhifəsində Mixail Qorbaçovun dəfn olunduğu gün etdiyi paylaşımda SSRİ-nin dağılmasında Qərblə yanaşı, Qorbaçovun başında durduğu o vaxtkı ölkə rəhbərliyini günahlandırıb:

“Olduqca aşkar və hər bir dövlətin taleyi üçün olduqca təhlükəli situasiya barədə danışmaq istərdim. Dövlət institutlarının bir anda çökməsindən. Hansı ki, bu, Sovet hakimiyyətinin tənəzzülü ərəfəsində baş verirdi. Məhz bu cür deqradasiya dövlətin qarşısıalınmaz şəkildə dağılması prosesini işə salır. Yaxşı yadımdadır, 1991-ci ildə mərkəzi hakimiyyətin aktları yerlərdə praktiki olaraq həyata keçirilmirdi...

Dövlət maşınının orqan və strukturlarından sanki bütün hakimiyyət iradəsini, inzibati idarəçiliyin səmərəliliyi və qəbul edilmiş qərarlara nəzarət gücünü çəkib çıxarmışdılar. İttifaq mərkəzinin bütün əmrləri sanki vakkuma, dedi-qodu bataqlığına və sakit sabotaja düçar olurdu...”

Medvedev bu xatırlatmasının təsadüfi olmadığını və Qərbin eyni ssenarini indi də Rusiyaya qarşı gerçəkləşdirməyə çalışdığını bildirib və Ukraynada baş verənləri də bununla əlaqələndirib: “Onlar hər şey edirlər ki, Rusiyanın dövlət institutlarının işləməməsinə nail olsunlar. Çalışırlar ki, 1991-ci ildə olduğu kimi, ölkəni effektiv idarəetmədən məhrum etsinlər və nəticədə Rusiyanı siyasi səhnədən uzaqlaşdırsınlar...

Bir çox Qərb siyasətbazları uca səslə deyirlər ki, ispan imperiyası dağıldı, ingilis imperiyası və digər imperiyalar dağıldı, Rusiya imperiyası isə yox. Hətta SSRİ-nin dağılmasına baxmayaraq. Guya bu, pisdir...”.

Medvedev bununla Rusiyanın imperiya olduğunu və Kremlin məqsədinin bu imperiyanı nə yolla olursa-olsun, saxlamaq olduğunu etiraf edib. Ancaq əslində, Medvedev həm də bu müqayisəsində dolayısı ilə hazırkı Rusiyanın SSRİ-nin aqibətini yaşamaq ərəfəsində olduğunu etiraf etmiş olub.

Ardınca, TŞ katibinin müavini növbəti dəfə Qərbi və bütünlükdə bəşəriyyəti nüvə silahı ilə təhdid edib: “Bu xəyalpərəstlər bilərəkdən sadə aksiomanı inkar edirlər – nüvə dövlətinin zorla dağıdılması hər zaman ölümlə şahmat oynamaq deməkdir. Bu oyunda dəqiqliklə hər bir gediş məlumdur, nə zaman şah, nə zaman mat olacaq. Bəşəriyyətin qiyamət günü!”

Medvedev sonda bildirib ki, “böyük Rusiyanın varlığının ən yaxşı təminatçısı strateji nüvə silahı arsenalıdır”. Göründüyü kimi, bununla Medvedev həm də dolayısı ilə rus ordusunun adi savaşda gücsüzlüyünü, Ukraynada biabırçı uğursuzluqla qarşılaşdığını və Rusiyanın yeganə ümid yerinin nüvə silahı olduğunu etiraf etmiş olub.

Onu da qeyd edək ki, Kremlə yaxın çevrələrin mətbuata sızdırdığı məlumatlarda son dövrlərdə Medvedevin spirtli içkilərə həddindən artıq aludə olduğu, məcburən alkoqolizmdən müalicəyə cəlb olunsa da, bundan imtina etdiyi və Putinin xoşuna gəlmək üçün aqressiv, radikal paylaşımlar, çıxışlar etdiyi bildirilir. Hətta bəzən bu paylaşımların “dozası” həddən artıq yüksək olduğundan Kremlin onları sildirdiyi də məlumdur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI