Konqresin Qarabağ təxribatı - Vaşinqtonun məqsədi nədir?

05 sentyabr, 2022 01:30

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib.

Belə ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb. 

Amerika səfirliyinin Azərbaycanın dəvətini rədd edərək, Şuşa şəhərinə səfərdən imtina etməsindən sonra belə bir addımın atılması növbəti dəfə ABŞ-ın ikili siyasətini ortaya qoyub.