Ermənistanın müdafiə naziri ABŞ-a, XİN rəhbəri isə Moskvaya getdi
05 sentyabr, 2022 10:26
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfərə yollanıb.
Ermənistan mediası xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Papikyanın ABŞ-a səfərinin məqsədi və proqramı barədə digər detallar açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün bu gün Moskvaya gedir.