ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi regiona səfər edəcək

07 sentyabr, 2022 12:27

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.

O qeyd edib ki, Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfərə çıxacaq.