Amerika ATƏT-in Minsk qrupundakı  yeni həmsədrini İrəvana yolladı

08 sentyabr, 2022 11:58

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi, səfir Filip Riker İrəvana gəlib. 

Bu barədə Ermənistanın NEWS.am saytına ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən məlumat çatdırılıb.

Səfirlik Rikerin İrəvana səfərini alqışlayıb.

Diplomatik missiya qeyd edib ki, Rikerin səfəri sentyabrın 10-dək davam edəcək. Səfir Ermənistan hökumətinin nümayəndələri ilə görüşlər keçirərək ABŞ-ın Ermənistan və Azərbaycanın davamlı və etibarlı sülhə nail olmaq üçün diplomatik səylərini dəstəkləməsi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək.