Türkiyə vətəndaşı ordumuza dəstək üçün nişan üzüyünü göndərdi

13 oktyabr, 2020 09:53

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkədə Türkiyə Quru Qoşunları məktəbinin 2020-2021 tədris ilinin açılış mərasimi zamanı çıxışı zamanı Gəncə hadisələrindən sonra bir Türkiyə vətəndaşının öz nişan üzüyünü Azərbaycan Ordusuna dəstək üçün göndərdiyini açıqlayıb.​

Azsiyasət.com xəbər verir ki, X.İbrahim bildirib ki, “Bir millət, iki dövlət” – bu, artıq bir sloqan deyil: “Bu artıq tam bir gerçəkdir. Bu gerçəklik də ən üstdən, prezidentlərimizin münasibətlərindən başlayaraq bütün xalqımızın bir-birinin içində olmasından ibarətdir. Biz hər gün 2-3 min dəstək məktubu alırıq. Üç gün öncə Maraşdan bir qardaşımız məktub göndərib və Azərbaycanın yanında olduğunu, bizim keçmişimizin, bu günümüzün və gələcəyimizin bir olduğunu qeyd edib. Həmin məktubla birgə mənə Türkiyə bayrağı da göndərib. Mənim üçün də, Türkiyə vətəndaşları üçün də Azərbaycan və Türkiyə bayraqlarını eynidir. Bizim Çanaqqala savaşında da qanımız birgə töküldü, bir-birimizin yanında olduq, hər zaman da belə olacaq.

Həmin qardaşımız daha sonra yazıb ki, Azərbaycan üçün, öz məmləkətim üçün bir şey etmək istəyirəm. Özünün nişan üzüyünü göndərib, üzüyün içində həyat yoldaşının adı yazılıb. Bunu Azərbaycana yardım üçün göndərdiyini bildirib. Bu, məni çox duyğulandırdı. Dünyanın heç bir yerində bunu heç kim kimsə üçün etməz. Dərhal həmin şəxslə telefonla danışdım, təşəkkür etdim, amma üzüyü göndərə bilməyəcəyimi dedim. Ona üzüyü geri qaytarmaq istədiyimi bildirdim. Cavab verdi ki, “bunu etsəniz, çox pis olaram, çünki bu mənim tək qərarım deyil, Gəncədə olanları görərək ailəvi bu qərarı verdik”. Bizim hər zaman bir-birimizin yanında olması məhz bayraqlarımızdan, könlümüzdən gələn duyğulardan keçər. Əgər biz ən önəmli, ən əziz olan bayrağımızı, nişan üzüyümüzü bir-birimizə göndəririksə, heç bir mövzuda kimsə bizim qarşımızda dura bilməz”.

Tədbirdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Ordu generalları iştirak edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"