"Kremldən gələn təhdidlərdən qorxmayaq" - Şarl Mişel
10 sentyabr, 2022 00:58
Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.
Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.
"Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik", - o qeyd edib.
Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını söyləyib.