Sahibə Qafarova Tacikistan prezidenti ilə görüşdü - FOTOLAR

12 sentyabr, 2022 21:55

Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb.

Milli Məclisdən Azsiyaset.com-a verilən məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir.

O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.

Onun sözlərinə görə, bu gün Tacikistan-Azərbaycan əməkdaşlıq əlaqələri bir çox istiqamətlərdə inkişaf edir. Tacikistan Prezidenti ölkələrimizin BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq və regional təşkilatlarda uğurlu əməkdaşlığını qeyd edərək, qanunverici orqanlarımızın da beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlığının dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olduğunu qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək səviyyəli münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Tacikistan Respublikasının Prezidentinə çatdırıb.

Spiker Sahibə Qafarova bildirib ki, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri bu gün ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlığı üçün geniş baza yaradır. Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə qarşılıqlı faydalı əlaqələrindən bəhs edən Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində dövlət başçılarının önəmli rolunu vurğulayıb.

Parlamentin sədri Azərbaycan və Tacikistanın qanunvericilik orqanları arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirərək, bu istiqamətdə atılan addımlar barədə məlumat verib. O, cari ilin mart ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını, bu sənədin əməkdaşlığımızın daha da genişlənməsinə ciddi əsaslar yaratdığını diqqətə çatdırıb. Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərə töfhələr verdiyini qeyd edib. O, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sahibə Qafarova Tacikistan Prezidentinə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Şəbəkənin Bakıda keçirilən birinci konfransı barədə ətraflı məlumat verib.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan kütləvi informasiya vasitələrinə müsahibə verib. Spiker bu ölkədə keçirdiyi görüşlər, Azərbaycanla Tacikistan arasında münasibətlər, parlamentlərarası əməkdaşlıq və digər mövzular barədə jurnalistlərin suallarını cavablandırıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI