Almaniya Ukraynanın tələbini niyə rədd etdi?

12 sentyabr, 2022 22:01

Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynanın döyüş tankları tələbini rədd edib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nazir qeyd edib ki, indiyədək heç bir ölkə Ukraynaya Qərb istehsalı piyadaların döyüş maşını və ya tank tədarük etməyib. 

"Almaniya birtərəfli qaydada belə addımlar atmayacaq", - deyə Lambrext Kiyevi məyus edən açıqlama verib.