Paşinyan 49 erməni hərbçinin öldüyünü açıqladı

13 sentyabr, 2022 12:00

“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.

Azsiyaset.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.

O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.

Paşinyan, həmçinin Ermənistanın KTMT-yə müraciət etdiyini təsdiq edib və qeyd edib ki, ölkənin müraciəti əsasında KTMT Daimi Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas keçirir.