İlham Əliyev sabah Putinlə görüşəcək - Peskov açıqladı

15 sentyabr, 2022 13:07

“Sabah Səmərqənddə Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş baş tutacaq”.

Rusiya mediası xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Məlumata görə, görüş zamanı KTMT missiyasının Ermənistana səfəri kimi məsələlər müzakirə olunacaq.