KTMT İrəvana qüvvə göndərməkdən imtina etdi

15 sentyabr, 2022 13:16

KTMT Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid edir.

Azsiyaset.com xəbər verir ki, bunu KTMT Baş Qərargahının rəhbəri Anatoli Sidorov deyib.

“İki ölkə sərhədində blokun qüvvələrindən istifadə etməkdən söhbət getmir”, - Sidorov bildirib.