ABŞ Konqresinin spikeri Ermənistana səfər edəcək - "Politico" nəşri

16 sentyabr, 2022 00:08

ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi yaxın günlərdə Ermənistana səfər edəcək.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Pelosi bazar günü İrəvana gələcək. O, Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslərlə görüşəcək.

Pelosini səfərdə konqresmen Ceki Speyer müşayiət edəcək.