"Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq" - İlham Əliyev

16 sentyabr, 2022 15:55

Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq.

Azsiyaset com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı bildirib.

“2020-ci ilin sonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”, - deyə Prezident qeyd edib.