İrəvanda etirazçılar hökumətdən KTMT-dən çıxmağı tələb edir

18 sentyabr, 2022 18:36

İrəvanın mərkəzində bir qrup vətəndaş aksiya keçirir.

"Sputnik Armenia" xəbər verir ki, aksiya iştirakçıları hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb edirlər.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda səfərdədir. Ermənistan paytaxtında onun səfərinə dəstək məqsədilə ilə də aksiya keçirilir.