Pelosi Papikyanla "hərbi əməkdaşlığı" müzakirə etdi

19 sentyabr, 2022 08:27

Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.

Bu barədə erməni mediası məlumat yayıb.

Erməni nazir sərhəddə baş vermiş toqquşma ilə bağlı amerikalı rəsmiyə məlumat verib. Öz növbəsində N.Pelosi də hazırki situasiya ilə bağlı ABŞ-ın mövqeyini təqdim edib.

Həmçinin görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlər də müzakirə olunub.