Rusiyanın "Novoya Qzeta" nəşri Qarabağ döyüşlərindən yazdı - "Erməni artilleriyasının itkiləri çox böyükdür"

13 oktyabr, 2020 21:52

Rusiyanın populyar nəşrlərindən olan “Novaya Qazeta” dərgisində hazırda Qarabağ cəbhəsində mövcud olan durum və məlum atəşkəs sazişilə bağlı yeni yazı dərc edilib.

Azsiyasət.com xəbər verir ki, “Kağız üzərində atəşkəs, Qarabağda top atəşi” başlıqlı məqalədə oktyabrın 9-da Moskvada imzalanmış deklarasiyanın kağız üzərində qalmasından və cəbhədə erməni tərəfinin məğlub duruma düşməsindən söz açılır: “Putin İlham Əliyevə və Nikol Paşinyana zəng edərək, atəşkəslə bağlı ilkin prinsipial razılıq əldə etmişdi. Emmanuel Makron da Əliyevlə Paşinyana zəng etdi və bundan sonra “Yelisey sarayı” atəşkəsin tezliklə əldə olunacağını və danışıqların bərpa ediləcəyini bildirdi. Minsk Qrupunun üçüncü həmsədri olan Donald Tramp isə nə Bakıya, nə də İrəvana zəng etdi. O, seçki öncəsi və dizə qədər koronavirusun içində olduğundan Qarabağ hayında deyil”.

Daha sonra müəllif qeyd edir ki, Türkiyə və İran da atəşkəs sazişinə tərəfdar olduqlarını bəyan ediblər. Və ilk baxışdan bu razılaşmanın işləməsinə heç bir əngəl görünməsə də, reallıqda tamamilə başqa səhnə müşahidə olunur.

“Novaya Qazeta” yazır ki, 1994-cü və 2016-cı illərdəki atəşkəs sazişlərindən fərqli olaraq, budəfəki məlum görüşdə hərbçilər iştirak etməyiblər və heç bir sənəd imzalamayıblar: “Moskvada sadəcə atəşkəslə bağlı deklarasiya razılaşdırılıb. Təqdim olunan mətnin ikinci bəndində “Atəşkəsin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq” deyilir. Lakin hələlik heç nə razılaşdırılmayıb və buna hər hansı hazırlıq getdiyi də müşahidə olunmur. Erməni tərəfi “DQR”-in danışıqlarda iştirakında israr edir. Azərbaycan isə “DQR” və onun hərbçilərilə hər hansı danışıqları rədd edir və bu zaman elə həmin deklarasiyanın 4-cü bəndinə - “Tərəflər danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyir” müddəasını əsas gətirir. Bakı bu maddəni diplomatik qələbə hesab edir və bildirir ki, danışıqlar yalnız Qarabağı işğal edən İrəvanla aparıla bilər, Qarabağdakı ermənilər isə ya separatizmdən imtina edərək silahı yerə qoymalı, ya da işğalçılarla birgə İrəvana rədd olmalıdırlar.”

Qəzet daha sonra 1994-cü ildə birinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın o vaxtkı Müdafiə naziri Məhəmmədrəfi Məmmədovun Ermənistanın Müdafiə naziri Serj Sarqsyanla Moskvadakı görüşünü xatırladır və qeyd edir ki, həmin vaxt görüşdə qondarma rejimin nümayəndəsi də iştirak edirdi və Azərbaycanın Müdafiə nazirinin bütün etirazlarına baxmayaraq, “DQR” təmsilçisinin iştirakı təmin olunmuşdu: “Azərbaycan müharibəni uduzmuşdu, sülh bütün tərəflərə lazım idi və yeri gəlmişkən o, uzun müddət davam etdi”. 

Lakin “Novaya Qazeta” onu da qeyd edir ki, hazırda vəziyyət tamamilə başqadır: “Azərbaycan ordusu cənub istiqamətində “DQR”-in müdafiəsini yara və İranla sərhəd boyu irəliləyə bilib. Erməni hərbçilərinin yaranmış dəliyi qapatmaq və cəbhəni yarmış Azərbaycan bölmələrini mühasirəyə almaq cəhdləri qarşı tərəfin keyfiyyətli hərbi-texnoloji üstünlüyü səbəbindən baş tutmayıb. Yüksək dəqiqliyə malik İsrail və Türkiyə PUA-ları haubitsaları, artilleriya sistemləri və tankları sıradan çıxarır. Erməni tərəfinin təlim keçmiş artilleriyaçıları arasında itkiləri çox böyükdür. Erməni hərbçiləri heç cür üstünlük əldə edə bilmirlər və əsas etibarilə müdafiə olunmağa məcburdurlar. Ona görə də, hazırda atəşkəs ermənilərə daha çox lazımdır. Paşinyan yenə “humanitar fəlakət” və Qarabağda mümkün məğlubiyyətdən danışmağa başlayıb. Buna baxmayaraq, Paşinyan nədənsə ümid edir ki, Makron “DQR”-in müstəqilliyini tanıyacaq. Əliyev isə münaqişənin yenidən uzun müddətə dondurulmasına hazır deyil. Nəticədə tərəflər elementar şəkildə əsirlərin və həlak olanların dəyişdirilməsini belə həyata keçirə bilmirlər.”

Rusiya dərgisi daha sonra Gəncənin raketlə vurulması faktına diqqət yönəldir və qeyd edir ki, bu silah Rusiya istehsalı olan Р-17 (Scud-B) raketi olub: “Azərbaycan bu raketin Ermənistandan atıldığını bildirir, “DQR” və Ermənistan isə bunu inkar edir.”

“Novaya Qazeta” yazır ki, Gəncənin Р-17 (Scud-B) raketi ilə vurulması regionda eskalasiyanın daha da artmasına xidmət edə bilər: “Bu, şəhərlərə qarşılıqlı şəkildə raket zərbələri endirilməsinə səbəb ola bilər. Hər iki tərəfdə 300-400 kilometrlik mənzilə malik müxtəlif raketlər var. Sözügedən regionda bu raketlər strateji silahlardır...”

Məqalənin ən maraqlı hissələrindən biri Vladimir Putinin hazırkı mərhələdə oynadığı rolla əlaqəlidir. Belə ki, yazının sonunda Putinin oynamaq istədiyi sülhməramlı rolunun o qədər də uğurlu alınmadığı qeyd edilir: “Putin sülhməramlı rolunu oynamaq istədi ki, bu da öz-özlüyündə yaxşı haldır və onun postsovet məkanındakı çəkisini və təsirini göstərir. Lakin bu, o qədər də alınmadı və bu təsir daha çox virtual xarakter daşıdı. Kremlin tərəfləri öz istəkləri olmayınca atəşkəsə məcbur etmək üçün real təsir imkanları yoxdur. Hər iki tərəfdə cəmiyyətlərdə milli patriotizm ab-havası üstünlük təşkil edir və liderlər bununla daha çox hesablaşmağa məcburdurlar, nəinki Putinin istəklərilə.”

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI