"İğtişaşlarda xarici ölkələrin əli var" - Tehran valisi

21 sentyabr, 2022 09:14

Tehranda baş verən iğtişaşlarda bəzi xarici dövlətlərin xüsusi xidmət orqanlarının və səfirliklərinin əli olduğu açıq-aşkar şəkildə özünü göstərir.

Bu barədə Tehran valisi Möhsün Mənsuru özünün tviter hesabında yazıb.

Vali bildirib ki, polis sabitliyi pozan bəzi şəxsləri həbs edib. Həbs olunanlar arasında 3 nəfər xarici dövlətin vətəndaşı var:

"Bu isə onu deməyə əsas verir ki, İranda ixtişaşların yaranmasında bəzi xarici dövlətlər maraqlıdırlar".

Qeyd edək ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsihi Əmini adlı qız baş örtüyünü düzgün örtmədiyi üçün polis şöbəsinə aparılıb. Şöbədə işgəncələrə məruz qalan qız dünyasını dəyişib. Onun ölümündən sonra ölkəni etiraz aksiyaları bürüyüb.