"Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik" - Rusiya prezidenti
21 sentyabr, 2022 11:55
“Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Dövlət başçısı söyləyib ki, Qərb Rusiyanın parçalanmasını istəyir: “Onların məqsədi bizi parçalamaq, məhv etməkdir”.
Rusiya liderinin sözlərinə görə, Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib: “Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır”.