Lavrov BMT iclasını niyə tərk etdi?

23 sentyabr, 2022 14:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərində ikitərəfli görüşlər keçirib və Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

"The Guardian" xəbər verir ki, Ukraynaya qarşı qəbul etdikləri qərarlara və ittihamlara cavab verən Lavrov Kiyev rəhbərliyinin mülki məntəqələrə hərbi texnikalar yerləşdirdiyini iddia edib.

Ukraynanın Donbass bölgəsində çoxlu hərbi cinayətlərinin qeydə alındığını deyən XİN başçısı əllərində sübutlar olduğunu açıqlayıb:

"2014-cü ildən bəri Kiyev rejiminin müntəzəm olaraq törətdiyi cinayət əməllərinə dair əlimizdə çoxlu sübutlar var. Rusiya hüquq-mühafizə orqanları Donetsk və Luqanskdan olan həmkarları ilə işləyir. Onlar birlikdə və diqqətlə hər şeyi araşdırır”.

Rusiya xarici işlər nazirinin bu çıxışı dünya mətbuatının diqqətində olub. “Lavrov təhlükəsizlik şurasının iclasına təxminən 90 dəqiqə gecikib və çıxışını bitirən kimi getmək istəyib” kimi şərhlər verilib.

Çıxışı boyu Ukraynaya qarşı ittihamlarını davam etdirən Lavrov deyib:

"Ukraynanın beynəlxalq humanitar hüquq normalarının pozulduğu totalitar bir dövlətə çevrildiyinə heç bir şübhəmiz yoxdur".

Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə qoşulmaq üçün keçirdikləri referendumun bölgə sakinlərinin iradəsinə əsaslandığını izah edən rusiyalı nazir xalqın bu qərarla Zelenskiyə cavab verdiyini bildirib.

Lavrov iddia edib ki, Ukrayna və onun müttəfiqləri “Rusiya ilə bağlı dünyaya tamamilə fərqli rəvayətlər təqdim etməyə” çalışırlar.

Rusiyanın XİN başçısı Ukrayna və onun qərb müttəfiqlərinin Donbassda “cəzasız qaldığını” dedikdən sonra BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.

Qeyd edək ki, bu, Lavrovun mühüm görüşü ilk dəfə tərk etməsi halı deyil. Rusiyalı nazir müharibə başlayandan bəri qatıldığı bir çox beynəlxalq görüşlərdə mübahisə edərək zalı tərk edib.

Lavrovdan sonra şura iclasında çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, ölkəsi Ukraynanı sona qədər dəstəkləyəcək.

Britaniyalı nazir rusiyalı həmkarı haqqında bunları söyləyib:

“Onun otağı tərk etməsinə təəccüblənmədim. Düşünürəm ki, cənab Lavrov bu şuranın kollektiv qınağını eşitmək istəmir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"