"Məqsəd döyüş əməliyyatlarını maksimum uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır..." - Lavrov

23 sentyabr, 2022 14:54

Rusiyadan təcacüzkar obrazı yaratmağa cəhd edilir, amma Kiyev tərəfindən Donetsk respublikalarında, milliyyətçi taborlarda insanların qətlini, rusdilli əhalinin hüquqlarının pozulduğunu, Minsk razılaşmalarının sabotaj edilməsini unudurlar.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynada vəziyyətə həsr edilən iclasında çıxış edərkən bəyan edib.

Onun çıxışının leytmotivini məşhur təbliğat vasitəsi olan 8 il barədə ittihamlar təşkil edib.

Onun sözlərinə görə, Donbas sakinləri qətlə yetirilib və yetirilməkdə davam edir, təkcə ona görə ki, onlar Ukraynada "dövlət çevrilişi"nin nəticələrini tanımayıb, bu zaman Qərb ölkələri Kiyevin törətdiyi zorakılığa göz yumub, indi isə tamamilə nasist mahiyyətli totalitar dövlətə çevrilən Ukraynaya dəstək verməklə münaqişə tərəfinə çevrilir.

"Ukraynanı durmadan silah və hərbi texnika ilə təchiz edən, bu ölkənin silahlı qüvvələrinin şəxsi heyətinə təlim keçən dövlətlərin mövqeyi xüsusilə riyakardır. Məqsəd aydındır, buni  gizlətmir və bəyan edirlər: qurbanlar və dağıntılara rəğmən, döyüş əməliyyatlarını maksimal surətdə uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır", - Lavrov deyib.

O, Rusiyanı Ukraynada hərbi cinayətlər törərməkdə ittiham edən Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənqid edib.

Lavrov bəyan edib ki, nə Ukraynada "dövlət çevrilişi", nə 2014-cü il mayın 2-də Odessa hadisələri, nə Donbasın dinc şəhərlərinin atəşə tutulması və bir çox başqa hadisələr Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hər hansı aydın reaksiya doğurmayıb.

"İndi isə Rusiya Federasiyası Beynəlxalq Cinayət Məhkəməsi və bir sıra beynəlxalq təsisatların ədalətinə bel bağlamır", - nazir deyib.

Bu zaman Rusiya XİN rəhbəri BMT baş katibi Antoniu Qutterişdən "Buçada cəsədləri göstərilən" adamların adlarını dərc etməyi tələb edib.

Xatırladaq ki, Rusiya işğal edilən ərazilərdə dinc vətəndaşların kütləvi şəkildə qətlə yetirilməsini qəbul etmir və bunun Ukaynanın təxribatları olduğunu bəyan edir. Lavrov həmçinin Kiyevin anti-Rusiya rolunu icra etməyə hazırlaşdığını sübut edən çoxsaylı faktların olduğu barədə məlumat verib.

O, bəyan edib ki, Moskva Qərbin Ukraynadan Rusiyanın təhlükəsizliyinə təhdidlər üçün platsdarm kimi istifadə edilməsinə imkan verməyəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"