"Vəziyyəti nəzər alıb təqvimlə bağlı mövqeyimizi yumşaltdıq"

14 oktyabr, 2020 12:34

“Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi”.

Azsiyasət.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində jurnalistin “Moskva görüşündə Ermənistanın Qarabağdan çıxması üçün bir təqvim və Moskvanın ortaya qoyduğu bir layihə oldumu?” sualına cavabında deyib. 

İlham Əliyev bildirib ki, bu təqdim danışıqlar prosesində veriləcək: 

“Xeyr, təklif verilmədi, biz də çox israr etməmişdik. Çünki Moskva anlaşmasının açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi də o idi ki, bizə məqbul olmayan maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına oturanda hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və müntəzəm olaraq biz əlaqədə idik. Şərtlərimizi demişdim, o şərtlərdən kənarda bir razılaşma mümkün deyildi. Ona görə də biz vəziyyəti nəzərə alaraq təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. 

Ancaq nə zaman? Artıq müzakirə müddəti çərçivəsində. O açıqlamada göstərildi ki, təməl prinsiplər əsasında - yəni Madrid prinsipləri. O da Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını təsbit edir - müzakirələr bərpa edilir. Eyni zamanda danışıqlar formatı dəyişməz olaraq qalır. Yəni ki, Ermənistan və Azərbaycan danışıqlar aparacaq. Hər hansı bir sözdə, dırnaqarası Dağlıq Qarabağ nümayəndələrinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil. Bu, bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışıqlar başlasın və təqvim bu danışıqlar çərçivəsində bizə təqdim edilsin. Bu təqvim bizi qane etməlidir, bu, çox uzunmüddətli ola bilməz. Biz 30 il gözləmişik, artıq Azərbaycan xalqının səbri tükənib. Əminəm ki, əgər danışıqlar bərpa ediləcəksə, bu təqvim bizə veriləcək”.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"