Tehran Londona nota verdi

25 sentyabr, 2022 16:05

İran Böyük Britaniyaya nota verib.

Bununla əlaqədar olaraq Böyük Britaniyanın Tehrandakı səfiri Simon Şerkliff İran xarici işlər Nazirliyinə çağırılıb.

Britaniyanın son günlər İranla bağlı sərgilədiyi sərt mövqeyə və ittihamlara görə Tehranın Londona nota ünvanladığı qeyd olunub.