Ermənistanda "Qarabağ klanı" aktivləşir - Ter-Petrosyan Köçəryanı qəbul etmir

26 sentyabr, 2022 10:43

Ötən həftə Eçmiədzin Kilsəsində bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə Ermənistanın üç keçmiş prezidenti (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan) və Qarabağ separatçılarının eks-başçıları (Arkadi Qukasyan və Bako Saakyan) bir araya gələrək, ölkədəki vəziyyəti müzakirə ediblər.

Ermənistanın hazırkı iqtidarına müxalif olan kəsim bu görüşü alqışlayaraq, ölkədə hakimiyyət dəyişikliyi olacağına ümidlənib.

Hətta artıq sosial şəbəkələrdə və yerli KİV-lərdə Nikol Paşinyanın vəzifədən necə uzaqlaşdırıla biləcəyi də müzakirə edilir. Erməni KİV-lərinin yaydığı xəbərlərdə bildirilir ki, eks-lərin toplantısında ölkədə prezident üsul-idarəsininin bərpa olunması məsələsi də müzakirə mövzusu olub.

Xəbərlərdə qeyd edilir ki, Paşinyan hakimiyyəti devrilsə, 77 yaşlı Levon Ter-Petrosyanın yenidən prezident olmaq şansı yoxdur. Belədə müzakirəyə qatılan digər siyasətçilərin hamısının Qarabağdan olması diqqət çəkir. Məlumatlara görə, sözügedən toplantıda “Qarabağ klanı”nın 4 nümayəndəsindən biri – Robert Köçəryan yenidən Ermənistan prezidenti seçilməyə daha çox iddialı olduğunu ortaya qoyub.

Onun bu iddiasının 77 yaşlı Levon Ter-Petrosyan tərəfindən müsbət qarşılanmadığı barədə xəbərlər var. “Hraparak” qəzeti yazır ki, Ter-Petrosyan Robert Köçəryanın yenidən ölkə başçısı olmağını istəmir. Elə Ter-Petrosyanın adamı kimi tanınan “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini  Aram Manukyanın sabiqlərin görüşündən sonra “növbəti prezident hamının qəbul etdiyi neytral bir fiqur olmalıdır” açıqlaması da buna işarədir.

“Hraparak” qeyd edir ki, Robert Köçəryan hazırda Ter-Petrosyançılar üçün ən qəbuledilməz namizəd sayılır. Erməni mətbuatı “bəs hamının qəbul edəcəyi neytral namizəd kim ola bilər” deyə sual edir və ardınca da bu adamın sabiq baş nazir, bitərəf Vazgen Manukyanın adını çəkir. Amma onu da qeyd edir ki, Ermənistan müxalifətinin bir dəfə vahid namizəd kimi qabağa verdiyi, Paşinyana uduzan Vazgen Manukyanın ikinci dəfə önə çıxmaq istəyəcəyi sual doğurur…

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"