“Elbrus” ballistik raket qurğusunun göstəriciləri açıqlandı - FOTOLAR

15 oktyabr, 2020 00:31

Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanlarını açıqlayıb.

Azsiyasət.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-mayor 9K72 operativ-taktiki raket kompleksinin (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunduğunu bildirib.

İ.Əliyev qeyd edib ki, bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5 862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 881 metrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.

O vurğulayıb ki, 8K14 raketi reaktiv maye mühərrikli, ayrılmayan döyüş hissəli, avtonom idarəetmə və qəza partlayış sistemli ballistik raketdir. Raket fuqaslı 987 kiloqram həcmli partladıcı döyüş hissəsi ilə təchiz olunub. Həmin döyüş hissəsi bir hektara qədər ərazidə döyüş texnikasını və şəxsi heyəti məhv etməyə qadirdir. Uçuş trayektoriyasının hündürlüyü uzaq məsafəyə atılanda 86 kilometr, yaxın məsafəyə atış zamanı isə 24 kilometrdir. Uçuş vaxtı 165-313 saniyədir.

İ.Əliyev düşmənin silahlanmasında olan taktiki və operativ taktiki raket sistemlərinin hədləri barədə fotoslaydlar əsasında məlumat verərək diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Fotoşəkillərdən də göründüyü kimi, əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Ötən gün bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi. Əldə olunan kəşfiyyat məlumatları əsasında müəyyənləşdirilib ki, Ermənistan tərəfindən atılan “Toçka-U” raketi Xankəndi ətrafındakı Ballıca yaşayış məntəqəsinin yanından start mövqe tutaraq oradan zərbə endirib. Mülki yaşayış məntəqələrimizə atılan bu ballistik raketlərin bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib. Amma səmərəli mübarizə ondan ibarətdir ki, həmin ballistika raketlərin buraxıcı qurğuları raketlər buraxılmamışdan əvvəl yerdə məhv edilməsini nəzərə alaraq Azərbaycan Ordusu ballistik raketlərin buraxıcı qurğularına və onları dəstəkləyən infrastruktura qarşı müxtəlif növ kəşfiyyat və zərbə vasitələrindən istifadə edərək xüsusi əməliyyatlara başlayıb. Beləliklə, ballistik raketlərə qarşı xüsusi əməliyyatların nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altındakı Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd “Elbrus” ballistik raket qurğusunun raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

General-mayor bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər Dağlıq Qarabağ ərazisinə o gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyi aydın təsəvvür etmək mümkündür. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.

Qeyd edək ki, oktyabrın 14-də Hərbi İnformasiya Mərkəzində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün brifinq təşkil olunub. Brifinqdə hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilən həmin sistemlərin döyüş mövqeyi tutduğu, köməkçi avtomobillərin də yaxınlaşdığı və raketlərin atışa hazırlandığı əks olunan video nümayiş olunub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"